Hazırda Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına və tətbiqinə xüsusi diqqət ayrmalıdır. Bu texnologiya böyük imkanlara malikdir və onun tətbiqi ilə biz böyük nailiyyətlər əldə edə bilərik.
Bu fikirləri TƏHSİL.BİZ-ə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev deyib.
O qeyd edib ki, bu sahənin günümüzdə çox böyük əhəmiyyəti var: “Təhsildə, xüsusilə süni intellektin imkanlarından istifadə etməli və tələbələrə bu sahəni yaxşı tədris etməliyik. Azərbaycanda bizim maraqlı olan sahələr – neftayırma, kənd təsərrüfatı, tikinti, energetika, yüngül sənaye və digər sahələri – intellektual informasiya texnologiya və sistemlərinin tətbiqilə müasirləşdirmək və təkmilləşdirmək əsas hədəflərimizdəndir. Əgər biz bu addımları atmasaq, irəliləyiş əldə etdiyimiz sahələrdə geridə qala bilərik”.