Logo

Qəbələdə dekorativ ağac və kolların taksonomik tərkibi müəyyən edilib

14.10.2024 11:21 123 baxış
IMG

Oktyabr ayının birinci ongünlüyündə Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyası Qəbələ rayonunun ərazisinə elmi ekspedisiya təşkil edib.

İnstitutdan TƏHSİL.BİZ - ə bildirilib ki, park və bağlarda müşahidələr aparılıb, 25 fəsilə, 39 cins və 64 növə aid dekorativ ağac, kol və bitkilərin taksonomik tərkibi və mənşəyi müəyyən edilib. Bundan əlavə, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatı, kompozisiyaların ətrafinda kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadə qaydaları, dekorativ ağac və kolların budanma formaları öyrənilib.

Tədqiqat nəticəsində məlum olub ki, öyrənilən dekorativ ağac, kol və ot bitkiləri Qəbələnin torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir, yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə oluna bilər.

 

Xəbər lenti