Logo

BANM-in tələbələrinin startapı Əbu-Dabidə nümayiş olunub

15.04.2025 11:36 66 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova “CLIMASEL” layihəsi ilə Əbu-Dabidə keçirilən Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil ediblər.

BANM-dən TƏHSİL.BİZ -ə verilən məlumata görə, binalar üçün ağıllı panellərin istehsalını hədəfləyən “CLIMASEL” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil edilən milli turun qalibi olub. 

Nəticə etibarilə, startap “AIM Congress”də dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə xarici investorlara təqdim olunub.

Yarışma çərçivəsində layihə geniş tanıtım imkanı, sərgi stendi və investisiya qazanmaq şansı əldə edib.

 

 

 

 


 

Xəbər lenti