Logo

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsi keçirlər

09.04.2025 15:12 179 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsindədirlər.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib. Bildirilib ki, tələbələr institutun Aqrotexnologiya şöbəsində açıq və örtülü sahədə tərəvəz, bostan bitkilərinin becərilməsi zamanı torpağın seçilməsi, əkinə hazırlanması, səpin və əkinin aparılması, aqrotexniki qulluq işlərini öyrənirlər. Seleksiya şöbəsində ilkin materialın seçilməsi, müxtəlif seleksiya metodlarının köməyilə yeni sort və hibridlərin alınması qaydaları izah edilir. Toxumçuluq şöbəsində yerli və rayonlaşmış sortların ilkin toxumçuluğu, İstixana tərəvəzçiliyi şöbəsində pomidor, bibər, badımcan, xiyar və kahı bitkilərinin örtülü şəraitdə becərilməsi texnologiyası, onların seleksiyası və toxumçuluğu öyrədilir. Tələbələr, həmçinin Funksional analizlər, Emal, saxlama və keyfiyyət, Bitki mühafizəsi, Aqrobiotexnologiya laboratoriyalarında görülən işlərlə tanış olurlar.

Təcrübə müddətində tələbələr laboratoriyalarda su nümunələrində nitrit, sulfat, xlorid ionlarını da təyin etməyi öyrənirlər.

Xəbər lenti