Logo

BDU-da “Sərhədlərinlə yeni sən” adlı təlim keçirilib

14.04.2025 16:06 118 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Sərhədlərinlə yeni sən” adlı təlim keçirib.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, sektorun psixoloqu İlkanə Mənsumova iştirakçılara şəxsi sərhədlər, sağlam sərhədlərin təyin edilməsi üsulları, şəxsiyyətlərarası münasibətlərdə bunun rolu barədə geniş məlumat verib. Psixoloq sərhədlərin düzgün təyin edilməsinin insanın emosional sağlamlığı və münasibətlərində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tələbələrin müzakirə olunan mövzu ilə bağlı sualları psixoloq tərəfindən cavablandırılıb, onlara gündəlik həyatda sağlam sərhədlər formalaşdırmaq üçün istifadə oluna biləcək strategiyalar öyrədilib, müzakirə olunan mövzu ilə bağlı kitablar tövsiyə olunub.

Xəbər lenti