Logo

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15.04.2025 15:32 95 baxış
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilat olan Azərbaycan Təhsil İşçiləri Azad Həmakarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyinin tətbiqi problemləri” mövzusunda təlimlərə başlanılıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, təlim proqramı ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün nəzərdə tutulub və mərhələli şəkildə həyata keçirilir. Təlimlər AƏSMA-nın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil olunur.

Təlimin əsas məqsədi əmək hüququ sahəsində rəhbər heyətin nəzəri biliklərini və praktiki bacarıqlarını gücləndirmək, eləcə də qanunvericilik və tətbiqi məsələlər üzrə maarifləndirmə işlərini təmin etməkdir.

Qeyd edək ki, təlimlər peşəkar hüquqşünaslar və təcrübəli mütəxəssislər tərəfindən aparılır.

 

 

 

 

Xəbər lenti