Logo

Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq

08.04.2025 14:47 173 baxış
IMG

Qarabağ Universitetində müasir, tədqiqata əsaslanan, innovasiya yönümlü və tələbə yönümlü təhsil modellərini inteqrasiya edirik. Ümidvarıq ki, gələcək məzunlarımız və indiki tələbələrimiz köhnə həyatlarını, işlərini tərk edərək bölgəmizdə mənalı dəyişikliklərə səbəb olacaqlar. Biz inanırıq ki, bu məqsədlərə çatmaq üçün Qarabağ Universitetində dünyasəviyyəli akademik mühit yaratmalıyıq. Əlbəttə ki, bunun asan bir iş olmadığını başa düşürük.

TƏHSİL.BİZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.

“İlk növbədə, biz innovasiyaları təşviq etməklə rəqəmsal inkişafı sürətləndirməyə çalışacağıq. Sonra biz akademikləri, tələbələri, tədqiqatçıları, biznes ictimaiyyətinin üzvlərini, təcrübəçiləri, əməkdaşları və başqalarını bir araya gətirmək üçün əlimizdən gələni edəcəyik. Biz startapları, biznes layihələrini və texnologiyaya əsaslanan təşəbbüsləri dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq. Bu bölgəyə qayıdan insanlara ilkin mərhələdə çox vacib olan mentorluq, məsləhət və texniki dəstək xidmətləri təklif edəcəyik”, – deyə Şahin Bayramov bildirib.


 

Xəbər lenti